|
 
Oteldə Avropa üslubunda 30 otaq var.
Bu otaqlardan
başqa oteldə daha 5 ikimərtəbəli kettec də var. Kotteclərin birinci
mərtəbəsində böyük holl, mətbəx, vanna otağı var. İkinci mərtəbədə
isə vanna otağı ilə birlikdə 3 ikinəfərlik otaq var. "Dəştvənd"
otelinin 6 hektar ərazisi var.
Otelin ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir quşlar və
balıqlar yaşayır. İstirahət edənlər üçün bu göllərdə qayıq
gəzintisinə çıxmaq, balıq tutmaq imkanları var. Göldə
bisetkalar var.
"Dəştvənd"in
mətbəxində Avropa yeməkləri ilə yanaşı müasir və qədim Qafqaz
yeməkləri təqdim olunur. Yeməklər "Dəştvənd"in öz fermasında
bəslənən quşların və heyvanların məhsullarından hazırlanır.
"Dəştvənd"
otelində 50 nəfərlik restoran, 60 nəfərlik antik üslubda qurulmuş bar,
müasir tələblərə
uyğun qurulmuş sauna, hidromassaj qurğuları vadır,
həmçinin hovuzu və gözəl
bağı vardır. Oteldə
dincələnlər üçün Yardımlı şəlaləsinə, Xəzər çimərliklərinə,
istisu sanatoriyasına, Lənkəran
və Astara şəhərlərinə, ərazidə olan meşələrə və bulaqlara gəzintilər
təşkil edilir. |