|

"Dəştvənd" Oteli
Bakı şəhərindən 245 km aralı cənub bölgəsinin dilbər
güşəsi olan Masallıda yerləşir. "Dəştvənd" sözünün
mənası çöl kənarı, dəniz kənarı deməkdir. Otel rayon
mərkəzindən 5 km kənarda Ərkivan kəndinin qərbində
Masallı - Yardımlı yolunun sol tərəfində yaradılmış
ən gözəl istirahət zonasıdır."Dəştvənd" otelində
Avropa üslubunda 30 otaq fəaliyyət göstərir. Bu
otaqlardan başqa oteldə daha 5 ikimərtəbəli kettec
də var. Kotteclərin birinci mərtəbəsində böyük holl,
mətbəx, vanna otağı var. İkinci mərtəbədə isə vanna
otağı ilə birlikdə 3 ikinəfərlik otaq var. Oteldə
dincələnlər üçün tez-tez Yardımlı şəlaləsinə, Xəzər
çimərliklərinə, istisu sanatoriyasına, Lənkəran və
Astara şəhərlərinə, ərazidə olan meşələrə və
bulaqlara gəzintilər təşkil edilir.
"Dəştvənd" otelinin 6 hektar ərazisi var. Otelin
ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir
quşlar və balıqlar yaşayır. İstirahət edənlər üçün
bu göllərdə qayıq gəzintisinə çıxmaq, balıq tutmaq
imkanları var. Göldə bisetkalar var. "Dəştvənd"in
mətbəxində Avropa yeməkləri ilə yanaşı müasir və
qədim Qafqaz yeməkləri təqdim olunur. Yeməklər "Dəştvənd"in
öz fermasında bəslənən quşların və heyvanların
məhsullarından hazırlanır.
|
|
"Dəştvənd"
Oteli 150 nəfərlik restoran, 60 nəfərlik antik üslubda qurulmuş bar,
müasir tələblərə uyğun qurulmuş sauna, hidromassaj, hovuzu və gözəl
bağı vardır. |